Ordu.az xəbər verir ki, bu çərçivədə müxtəlif miqdarda “Omtas” Qülləli Zirehli Tank Əleyhinə Vasitəsi, Mini Ağıllı Sursat (MAM-L YİPE və MAM-T) və “Nefer” Qülləli Zirehli Döyüş Vasitələrinin Türkiyə Quru Qoşunları Komandanlığı tərəfindən təftiş və qəbul fəaliyyətləri tamamlanıb.
Bundan əlavə, Ümumi Məqsədli Helikopter layihəsi çərçivəsində 1 ədəd T-70 helikopterinin “Türk Havacılık ve Uzay Sanayii A.Ş.” obyektlərində təftiş və qəbul fəaliyyətləri tamamlanıb, Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib.
Sevinc Əliyeva
Ordu.az