KİV: Ermənistanda qərbyönlü partiyalar Aİ-yə üzvlüklə bağlı çıxılmaz vəziyyətdədir

2024/08/1723533324.jpg
Oxunub: 499     14:41     14 Avqust 2024    
Qərbyönümlü “Demokratik Qüvvələrin Platforması” hələ də Aİ-yə daxil olmaq və referenduma təşəbbüs göstərmək ilə bağlı imzatoplamanı necə həyata keçirəcəyini bilmir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past.am” nəşri yazıb.

Nəşrə görə, Ermənistanda vəzifədə olan qərbpərəstlər imzatoplama istiqamətində iş apardıqlarını bəyan etsələr də, kampaniyalarını aparmaq üçün hətta “Facebook”da səhifə açsalar da, etiraf edirlər ki, imzatoplama başlamamış artıq ciddi problemlər yaranıb.

“Mənbələrimizin məlumatına görə, platformada problemlər bir neçə istiqamətdədir. “Demokratik Qüvvələrin Platforması”nda iştirak edən qüvvələrdən biri olan Levon Şirinyanın partiyası, bəzi mənbələrə görə, hakimiyyətə yaxın oliqarx Xaçatur Sukiasyanın göstərişi ilə ilkin olaraq bu uğursuz təşəbbüsdə iştirakdan imtina edib. Digər üç partiya və siyasi cəmiyyətin təmsilçiləri maliyyələşmə məsələsində ortaq məxrəcə gələ bilmirlər. Belə imzatoplamanın təşkili əhəmiyyətli maliyyə resursları ilə bağlıdır, lakin üç iştirakçı tərəf maliyyələşmə məsələsini öz üzərinə götürmək istəmir, Avropa strukturlarından və ya Soros proqramlardan vəsait qoparmağa çalışırlar. Vətəndaş cəmiyyəti bu cür imza toplanması üçün vəsait ayırmaqda xüsusi maraqlı deyil. Strategiya ilə bağlı fikir ayrılıqları da var”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin