Erməni partiya liderindən Paşinyana: “Ay yazıq, müharibəni sən dayandırdın, yoxsa avropalılar səni müşahidəçilər göndərməyə məcbur etdilər?”

2024/08/1723532991.jpg
Oxunub: 426     16:41     14 Avqust 2024    
“Alınlarına “cəsarətli” yazmağa çağırırdılar, belə bir şeyi yalnız alçaq, əclaf edə bilərdi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Milli Öz Müqəddəratını Təyinetmə Birliyi” partiyasının lideri Paruyr Hayrikyan deyib.

Onun sözlərinə görə, indi Ermənistanda insanların çoxu başa düşür ki, onlar hansısa proqramla, daha təhlükəlisi, sistemli proqramla üzləşirlər.

“Bu hakimiyyətin nümayəndələrinin prinsipsiz, ləyaqətsiz münasibətini nəzərə alsaq, onların heç bir mövqeyini ciddiyə almağa dəyməz. Aİ müşahidəçilərinin gəlişindən sonra bölgədə nisbi sakitlik yaranıb”, - deyə Hayrikyan qeyd edib.

Hayrikyan Nikol Paşinyanın Azərbaycanın bu və ya digər tələbi yerinə yetirilməsə, müharibə olacağı ilə bağlı yanaşmasına toxunaraq bildirib: “Ay yazıq, müharibəni sən dayandırdın, yoxsa avropalılar səni müşahidəçilər göndərməyə məcbur etdilər?”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin