Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti məlumat yayıb.
Bildirilib ki, 441 Hindistan vətəndaşına qarşı həyata keçirilmiş inzibati icraatlar nəticəsində 22 500 000 Ermənistan dramı vəsait toplanıb.
Qeyd edək ki, Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti tərəfindən 2023-cü il ərzində 8284 Hindistan vətəndaşı Ermənistan ərazisində etibarlı viza və ya yaşayış statusu olmadan yaşadıqları üçün inzibati məsuliyyətə cəlb edilib.
Alpər Mövludoğlu
Ordu.az