Ordu.az xəbər verir ki, İrkutsk Aviasiya Qurumu (IAP) Rusiya Müdafiə Nazirliyinə yeni “Su-30SM2” döyüş təyyarələrini təhvil verib.
Şirkətin “Telegram” hesabındakı paylaşımda bildirilir ki, döyüş təyyarələri lazımi yer və uçuş sınaqları aparıldıqdan sonra xidmət yerlərinə göndərilib.
IAP dövlət müdafiə sifarişi çərçivəsində yeni təyyarələrin istehsal planını vaxtında yerinə yetirir.
Bu kontekstdə təhvil verilən “Su-30SM2” döyüş təyyarələri Rusiya Aerokosmik Qüvvələrində xidmətdə olan modellərin qabaqcıl modelini təmsil edir.
Sevinc Əliyeva
Ordu.az