Ordu.az xəbər verir ki, İranın “Mehr” Xəbər Agentliyi avqustun 9-da yayımladığı bir video ilə ABŞ və müttəfiqlərinə məxsus donanma gəmilərinin İranın PUA-ları tərəfindən yaxından izlənildiyini bildirib.
Videodakı aydın görüntülər Fars körfəzində yerləşdirilmiş əhəmiyyətli hərbi aktivləri açıq şəkildə göstərir.
İranın PUA görüntüləri ABŞ Hərbi Dəniz Qüvvələrinin “San Antonio” sinfinə məxsus hovuzlu desant gəmisini (LPD), “Wasp” sinfinə məxsus amfibiya hücum gəmisini və İspaniyanın “Juan Carlos I” gəmisini göstərir.
4 ədəd PUA tərəfindən lentə alınan videoda bu gəmilərin göyərtələrində yerləşdirilən hərbi texnikanın, o cümlədən döyüş təyyarələrinin real vaxt rejimində ətraflı görüntüləri təqdim olunur.
Sevinc Əliyeva
Ordu.az