Türkiyə nümayəndə heyəti Britaniyada: “Eurofighter Typhoon” ziyarəti

2024/08/1723528383.jpg
Oxunub: 476     15:51     13 Avqust 2024    
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak Böyük Britaniyadakı təmaslarını davam etdirərkən, Kral Hərbi Hava Qüvvələrinin (HHQ) “Coningsby” aviabazasına baxış keçirib.

Ordu.az xəbər verir ki, təmaslar zamanı Gürak onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Britaniyaya səfər edib.

Baş Qərargah rəisi səfər çərçivəsində Türkiyənin Britaniyadan almaq istədiyi EF-2000 “Eurofighter Typhoon” döyüş təyyarəsini də yaxından incələyib.

Türkiyə HHQ 2022-ci ildən “Eurofighter Typhoon” döyüş təyyarələri ilə maraqlanır, lakin Almaniya bir müddətdir ki, döyüş təyyarəsinin tədarükünü əngəlləyir.

Türkiyə HHQ-nin ilk mərhələdə 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi almaq istədiyi və təyyarələrin hamısının Britaniyadan alınacağı bildirilib.

Bu çərçivədə Gürakın sözügedən döyüş təyyarəsini Britaniyada incələməsi iki ölkə arasında tədarük danışıqlarının davam etdiyini göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHQ   Britaniya  


Bizi "telegram"da izləyin