BMT Qəzza zolağında 500-ə yaxın məktəbin atəşə tutulduğunu açıqlayıb

2024/08/1723525833.jpg
Oxunub: 326     08:44     13 Avqust 2024    
Qəzza zolağındakı 564 məktəbdən ən azı 477-si İsrailin keçirdiyi əməliyyatlar zamanı atəşə tutulub və dağıdılıb.

Ordu.az xəbər verir ki, bu barədə BMT-nin Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

Ofisin sözlərinə görə, 344 belə təhsil müəssisəsi birbaşa zərbəyə məruz qalıb, 133-ü isə onların yaxınlığındakı hərbi əməliyyatlar nəticəsində məhv edilib. Bunlara 264 dövlət məktəbi, 57 özəl məktəb və 156 BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Yaxın Şərqdəki məktəbləri daxildir.

Hesabatda bildirildiyinə görə Qəzza zolağının mülki müdafiə orqanları 2023-cü ilin oktyabr ayından etibarən müvəqqəti qaçqınların məskunlaşdığı 180 məktəbin də hədəf alındığını açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Qəzza  


Bizi "telegram"da izləyin