FTB İranın Trampın seçki qərargahına kiberhücumunu araşdırdırır

2024/08/1723525278.jpg
Oxunub: 256     03:00     13 Avqust 2024    
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) İranın Respublikaçı Donald Trampın seçki qərargahına təşkil etdiyi kiberhücumla bağlı araşdırma apardığını təsdiqləyib.

Ordu.az xəbər verir ki, kəşfiyyat xidmətinin nümayəndəsi “TASS”a deyib:

“Biz FTB-nin bu məsələ ilə bağlı araşdırma apardığını təsdiqləyə bilərik”.

Qeyd edək ki, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın seçki qərargahı xarici hakerlərin kiberhücumuna məruz qalıb.

Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi müntəzəm brifinqdə Trampın seçki qərargahına kiberhücumda İranın iştirakı ilə bağlı iddiaların doğruluğunu şərh etməyə hazır olmadığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FTB   İran   Tramp  


Bizi "telegram"da izləyin