ABŞ, Britaniya, İtaliya, Fransa və Almaniya İranı İsraili təhdid etməyi dayandırmağa çağırıb

2024/08/1723524970.jpg
Oxunub: 228     23:46     12 Avqust 2024    
Britaniya, Almaniya, ABŞ, İtaliya və Fransa hesab edir ki, İran hakimiyyəti İsraili hücumla hədələməyi dayandırmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə bu ölkələrin liderləri ilə telefon danışığından sonra Ağ Evin yaydığı birgə bəyanatda deyilir.

"Biz İsraili İranın təcavüzündən və İranın dəstəklədiyi terror qruplarının hücumlarından müdafiə etmək üçün dəstəyimizi ifadə etdik. Biz İranı İsrailə qarşı hərbi hücum hədələrini dayandırmağa çağırdıq və belə bir hücumun regional təhlükəsizliklə bağlı ciddi nəticələrini müzakirə etdik", - deyə bəyanatda deyilir.

Tərəflər həmçinin Qəzza zolağında gərginliyin azaldılması və HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi ilə bağlı razılığın əldə edilməsi səylərini dəstəkləyiblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Britaniya   İtaliya   Fransa   Almaniya   İran   İsrail  


Bizi "telegram"da izləyin