Ordu.az xəbər verir ki, NE-3.14R buludaltı elektrikli PUA-sının sınaqları Ankara Kalecikdə yerləşən TR sınaq meydançasında həyata keçirilib.
2,5 metr qanad genişliyi və 3 kiloqram faydalı yükü ilə maksimum 120 dəqiqə havada qala bilən NE-3.14R 3000-9000 fut yüksəklikdən müşahidə fəaliyyəti həyata keçirmə qabiliyyəti ilə istehsal edilib.
Uçuş-enmə zolağına ehtiyac olmadan katapultdan buraxıla bilən NE-3.14 gövdə içərisində gizlədilmiş kamera ilə gecə-gündüz şəraitində öz missiyasını yerinə yetirdikdən sonra gövdə içərisində olan paraşütlə istənilən yerə təhlükəsiz eniş edə bilmə qabiliyyətinə malikdir.
Sevinc Əliyeva
Ordu.az