Türkiyə ilə Qazaxıstan arasında müdafiə sahəsində əməkdaşlıq artmaqda davam edir

2024/08/2024--1723454085.jpg
Oxunub: 405     16:13     13 Avqust 2024    
Müdafiə Nazirliyinin ilin birinci yarısında fəaliyyəti haqqında hesabat Qazaxıstan Baş Nazir Aparatının rəsmi saytında yerləşdirilib.

Ordu.az xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Ruslan Canqulin səsləndirdiyi videolu fəaliyyət hesabatında Qazaxıstan Silahlı Qüvvələrinin silah inventarının yerli məhsullar da daxil olmaqla, modernləşdirilməsi prosesi çərçivəsində “Anka” ağır sinfə məxsus Pilotsuz Uçuş Aparatlarının (PUA) hərbi məqsədli təcrübələrinin davam etdiyini, bu il isə “Arlan” və “Cobra II” zirehli təkərli vasitələrinin tədarükünün gözlənildiyini açıqlayıb.

Açıqlamada bu il nazirliyin inventarına 500-dən çox vasitənin tədarük edildiyi, 50 vasitənin təmir olunduğu, “EVOMax” mini PUA komplekslərinin, eləcə də “Sunqar” taktiki və PUA sistemlərinin ilin sonunadək tədarük ediləcəyi bildirilib.

“Anka” PUA-ları ilə yanaşı, ilin sonuna qədər Qazaxıstanın hava hücumundan müdafiə inventarının müasir döyüş təyyarələri, A400M hərbi yük təyyarələri və yüksək dəqiqlikli zenit-raket kompleksləri ilə daha da gücləndirilməsi hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qazaxıstan  


Bizi "telegram"da izləyin