İndoneziya HDQ-sini genişləndirməyi planlaşdırır

2024/08/2024--1723452236.jpg
Oxunub: 375     20:43     14 Avqust 2024    
İndoneziya Hərbi Dəniz Qüvvələri (HDQ) öz donanmasını yeni hovuzlu desant gəmisi (Landing Platform Dock-LPD) və tank desant gəmisi (Landing Ship Tank-LST) ilə gücləndirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, İndoneziya HDQ komandanı admiral Məhəmməd Əli Hərbi Dəniz Nəqliyyat Komandanlığı (Kolinlamil) donanmasını yeni desant gəmisi və tank desant gəmisi əlavə edərək gücləndirməyi planlaşdırdıqlarını açıqlayıb.

Bu açıqlama İndoneziyanın paytaxtı Cakartada keçirilən “Kolinlamil”in 63-cü ildönümü qeyd etmələri zamanı verilib.

Admiral Əli bildirib ki, “Kolinlamil” donanmasının genişləndirilməsi İndoneziya HDQ-nin 2025-2029 Strateji Planı və 2025-2044 Dəniz Qüvvələrinin İnkişaf Planının bir hissəsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   HDQ  


Bizi "telegram"da izləyin