“Paşinyan və komandası açıq şəkildə xarici sifarişlər üzərində işləyir” - Oleq Ayrapetov

2024/08/1723452101.jpg
Oxunub: 583     17:28     14 Avqust 2024    
Ermənistanın yeni 8-ci sinif tarix dərsliyində Ermənistanın (İrəvan xanlığı-red.) 1828-ci ildə Rusiya imperiyasına birləşdirilməsi anneksiya adlandırılır.

Ordu.az xəbər verir ki, “EADaily”nin müxbiri bununla bağlı rus tarixçi Oleq Ayrapetova bir neçə sual verib.

“Nə deyə bilərəm? “Nikolaşa-nidvoraşa” dediyim adam öz siyasi kursunu davam etdirir. Mən bir dəfə demişdim ki, Ermənistan hökuməti son vaxtlar hökumət deyil, Ermənistanın ləğv edilməsi, o cümlədən müstəqil dövlət kimi buraxılması üçün komissiyaya çevrilib. Bu baxımdan o, təəccüblü şəkildə ardıcıl işləyir. Bu qəbul edilməlidir. Aleksandropol müqaviləsi bu insanların aydın idealıdır. Ləğvetmə komissiyasının müstəqilliyi, yumşaq desək, şübhəlidir”, - deyə Ayrapetov qeyd edib.

Ayrapetov bildirib ki, Paşinyan və komandası açıq şəkildə xarici sifarişlər üzərində işləyir.

“Ermənistan faktiki olaraq öz varlığını inkar edir”, - deyə rus tarixçi əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin