“Zəngəzur dəhlizi birbaşa yol deyil, ciddi geosiyasi dəyişiklikdir” - Karapetyan

2024/08/1723447256.jpg
Oxunub: 400     16:40     13 Avqust 2024    
“Regionda yeni müharibə olacağı təqdirdə İran neytral mövqe tuta bilməz”.

Ordu.az xəbər verir ki, bunu “Ümumerməni Cəbhəsi” hərəkatının lideri, Ermənistanın keçmiş müdafiə naziri, erməni general-mayor Arşak Karapetyan deyib.

Onun iddiasına görə, Azərbaycan Zəngəzur dəhlizini alarsa, İranın milli maraqları zərər görəcək.

“Təsəvvür edin, İran, Türkiyə, Azərbaycan və Rusiya burada toqquşsa, Ermənistan kimi kiçik bir ərazinin başına nə gələcək?”, - deyə Karapetyan bildirib.

Erməni general-mayor yeni Ermənistan-Rusiya-İran hərbi-siyasi oxunu yaratmağı təklif edib.

Karapetyan vurğulayıb ki, bu gün Rusiya, İran və ABŞ-nin maraqları geosiyasi baxımdan toqquşur.

“Zəngəzur dəhlizi birbaşa yol deyil, ciddi geosiyasi dəyişiklikdir. Dəhlizin açılması dünyaya Ermənistanı unutmağa əsas verəcək”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   İran   Türkiyə  


Bizi "telegram"da izləyin