Erməni ekspert: “Türkiyənin çox böyük təsiri var və yumşaq siyasəti ilə Ermənistanın da hesabına təsir dairəsini genişləndirməyə çalışır”

2024/08/1723446803.jpg
Oxunub: 335     14:19     13 Avqust 2024    
“Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda Zəngəzur dəhlizinin xüsusi rejimli statusundan həmişə danışıblar, amma başqa bir sual ondan ibarətdir ki, Azərbaycan tərəfi Ermənistan-Türkiyə müzakirələrinə və qərarlarına tam təsir göstərə bilər, yoxsa yox?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Henaket” analitik mərkəzinin eksperti Şiraz Xaçatryan deyib.

Onun sözlərinə görə, ilk baxışdan belə təəssürat yaranır ki, Türkiyə ilə Azərbaycan çox ahəngdar şəkildə əməkdaşlıq edirlər.

“Türkiyənin çox böyük təsiri var və yumşaq siyasəti ilə Ermənistanın da hesabına təsir dairəsini genişləndirməyə çalışır. Ermənistan-Azərbaycan razılaşmaları, kommunikasiyaların açılması məsələsinin sülh sənədindən çıxarılması barədə qərar, iyulun 30-da keçirilən Ermənistan-Türkiyə görüşü və razılaşmalar arasında da paralellər aparılmalıdır”, - deyə Xaçatryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin