Erməni ictimai-siyasi xadim: “Paşinyan gözləyir ki, bir anda yaxşı günlər gələcək, buna qədər isə nə istəsələr, vermək lazımdır”

2024/08/1723446732.jpg
Oxunub: 259     13:11     13 Avqust 2024    
“Hər hansı bir son nöqtə, “qırmızı xətt” və nə vaxtsa dayanmaq niyyəti olmadan tülkünü öz balaları ilə qidalandırmaq Nikol Paşinyanın yürütdüyü siyasətdir”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai-siyasi xadim Mikayel Nahapetyan deyib.

Onun sözlərinə görə, Paşinyan gözləyir ki, hansısa bir anda yaxşı günlər gələcək, buna qədər isə nə istəsələr, vermək lazımdır.

“Açığı, Ermənistanın dövlət qurumları müqavimət məsələsi üzərində işləmir, üstəlik, qeyri-dövlət sektorunda da bu edilmir, yəni müxalifət elektoratı, təəssüf ki, hazırda da bu işi görə bilmir. Ona görə də biz yəqin ki, tariximizin ən çətin dönəmində yaşayırıq və bunun mübaliğə olub-olmadığını söyləmək çətindir, amma böyük ehtimalla 1900-cü illərin əvvəllərindən daha çətin vəziyyətdəyik”, - deyə Nahapetyan qeyd edib.

Nahapetyan bildirib ki, Ermənistanda hər bir növbəti müxalifət lideri uğursuzluğun sələfinin üzünün rəngi ilə bağlı olduğunu düşünür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin