Erməni deputat: “Hakimiyyətin vəzifəsi seçkilərə qədər sülh sənədini imzalamaq, insanları bunun sülh gətirdiyinə inandırmaqdır”

2024/07/tiqra-1721465239.jpg
Oxunub: 329     13:39     13 Avqust 2024    
“Hakimiyyətin vəzifəsi seçkilərə qədər sülh sənədini imzalamaq, insanları bunun sülh gətirdiyinə inandırmaqdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan yazıb.

“Bunu o halda edirlər ki, Ermənistan-Azərbaycan problemli və müharibə təhlükəsi ehtiva edən müddəaları seçkilərdən sonraya buraxılacaq”, - deyə o qeyd edib.

Abrahamyan sual verib ki, niyə Ermənistanın rəhbəri sülh adlı sənədi imzalamağa tələsir və bunun üçün ağrılı güzəştlərə getməyə hazırdır?

“Bu sual son dövrdə, regional kommunikasiyaların açılması məsələsinin sülh müqaviləsinin mətnindən çıxarıldığı və ayrıca müzakirəyə qoyulduğu üzə çıxanda daha aktuallaşdı. İstisna deyil ki, hansısa mərhələdə sərhədlərin tənzimlənməsi ilə bağlı müddəa sənəddən çıxarılacaq və ayrıca danışıqların predmeti hesab ediləcək”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin