Ordu.az xəbər verir ki, Türkiyə Jandarma Baş Komandanlığı Jandarma Təlim Təyyarəsi (JEU) Layihəsi çərçivəsində sabit 10 ədəd, opsion olaraq da 5 ədəd təlim təyyarəsi almağı planlaşdırır.
Bu çərçivədə Türkiyə Jandarma Baş Komandanlığı JEU layihəsi çərçivəsində tender elanını dərc edib.
Sözügedən layihənin Türkiyə Müdafiə Sənayesi Komitəsi Təyyarə Departamenti tərəfindən həyata keçiriləcəyi bildirilir.
Layihə çərçivəsində nəzərdə tutulan bəndlərdən biri də Türkiyədə tədarük edilməsi planlaşdırılan təyyarələrin sərfəli son montaj xətlərinin yaradılmasıdır.
Sevinc Əliyeva
Ordu.az