Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov Ukrayna raketinin Kurskda yaşayış binasına düşməsi nəticəsində 13 nəfərin yaralandığını, onlardan 2-nin vəziyyətinin ağır olduğunu bildirib.
Ordu.az TASS-a istinadən xəbər verir ki, Smirnov bunu öz şəxsi “Telegram” kanalında yazıb.
"Təəssüf ki, ukraynalı terrorçuların hücumu nəticəsində hazırda 13 nəfər yaralanıb, onlardan 2-nin vəziyyəti ağırdır", - deyə o, bildirib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Kursk
Ukrayna
Rusiya