Harris İsrailin mülki əhali arasında itkilərin qarşısını almağa borclu olduğunu deyib

2024/07/1722229546.jpg
Oxunub: 373     04:18     11 Avqust 2024    
ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Kamala Harris İsrailin mülki əhali arasında itkilərin qarşısını almağa borclu olduğunu deyib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, Harris bunu İsrailin Qəzza zolağındakı Əl-Tabiin məktəbinə hücumuna münasibət bildirərkən deyib.

"Yenə də çoxlu mülki şəxs öldürülüb. İsrailin HƏMAS üzvləri kimi terrorçulara qarşı hərəkət etmək hüququ var. Lakin dəfələrlə qeyd etdiyim kimi, mülki şəxslərin ölümündən qaçmaq üçün onun üzərinə mühüm məsuliyyət düşür”, - deyə Harris bildirib.

İsrailə qarşı silah tədarükünə tərbiq oluna biləcək məhdudiyyətlərin mümkünlüyü barədə suala isə Harris belə cavab verib: "Girovları azad etməliyik. Girovlarla bağlı razılaşma lazımdır, atəşkəs lazımdır. Bunun əhəmiyyətini çox ifadə edə bilmərəm. Bizə atəşkəs lazımdır. Bu, bizə elə indi lazımdır”.

Qeyd edək ki, avqustun 10-da səhər saatlarında İsrail ordusu Qəzza şəhərində Əl-Tabiin məktəbinə aviazərbələr endirib. Nəticədə 100-dən çox mülki şəxs həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Harris   İsrail  


Bizi "telegram"da izləyin