Ordu.az xəbər verir ki, ABŞ ordusu genişlənmə ilə bağlı qərar verib.
Bu yeni qərarla hərbi təhsilin keyfiyyəti genişləndirilib və sayın artırılması da nəzərdə tutulub. Yeni əlavə təlim proqramının oktyabr ayında başlaması hədəflənir.
Əvvəlki illərdə əldə oluna bilməyən hərbi xidmətə qəbulların sayının bu yeni qərarla artırılması planlaşdırılır. Qəbul edilən qərarla ABŞ-nin Oklahoma və Missuri ştatlarında birlikləri hər il 4000-ə qədər hərbi qulluqçuya təlim keçəcək.
ABŞ ordusunun yüksək rütbəli rəsmiləri bildirirlər ki, bu ilin sonuna kimi 55 min nəfərin hərbi xidmətə cəlb edilməsi və yeni hərbi təlim mərkəzlərinin yaradılması zərurəti yaranıb.
Sevinc Əliyeva
Ordu.az