Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
ABŞ Dəniz Piyadaları Korpusunun MRIC proqramı rəqəmsal inteqrasiya sınaqlarının tamamlanması ilə əhəmiyyətli bir mərhələyə çatıb.
MRIC düşmənin qanadlı raketlərini və digər hava təhdidlərini aşkar etmək, izləmək, müəyyən etmək və zərərsizləşdirmək üçün nəzərdə tutulmuş qabaqcıl müdafiə sistemidir.
Proqramın məqsədi müasir döyüş tələblərinə uyğun olaraq pilotsuz uçuş aparatları, təyyarələr və qanadlı raketlər kimi hava hədəflərinə qarşı müdafiə qabiliyyətini artırmaqdır.
Sevinc Əliyeva
Ordu.az