Ordu.az xəbər verir ki, bu kontekstdə Böyük Britaniyanın Müdafiə Avadanlıqları və Dəstək (Defence Equipment & Support/DE&S) agentliyi cihazlar arasında məlumat ötürmək üçün görünən işıq, infraqırmızı və ya ultrabənövşəyi dalğalardan istifadə edən “Li-Fi” texnologiyasına diqqət yetirir.
Məlumata görə, DE&S hazırda Portsmutdakı “Defence Munitions Gosport”da “Li-Fi” tətbiqlərinin və əlçatanlığının qiymətləndirilməsini həyata keçirir.
Layihənin tərəfdaşları arasında müxtəlif dövlət təşkilatları, habelə yerli şirkətlər “Consolide Technology” və “Centiant International” yer alır.
Sevinc Əliyeva
Ordu.az