Ordu.az xəbər verir ki, “Defense News” öz üz qabığında “Kaan”ı əks etdirib, Türkiyənin müdafiə sənayesini yüksək qiymətləndirib.
Fevral ayında quyruğunda Türkiyənin qırmızı-ağ bayrağını daşıyan iki mühərrikli döyüş təyyarəsi paytaxt Ankara yaxınlığındakı aviabazada uçuş-enmə zolağında irəliləyib.
Üslub baxımından ABŞ-nin F-22 və ya F-35 döyüş təyyarələrinə bənzəyən təyyarə sürətini artırıb və havaya qalxıb.
“Kaan” adlı döyüş təyyarəsi 13 dəqiqə sonra yerə enəndə, bir qrup şən insan uçuş xəttinə axışaraq, qucaqlaşmalar və alqışlarla bayram ediblər.
Onlar təkcə təyyarəni deyil, təmsil etdiyi şeyi də qeyd ediblər.
Sevinc Əliyeva
Ordu.az