Almaniya hərbi xərclərə nəqliyyat xərclərini də əlavə etmək istəyir

2024/08/1723274057.jpg
Oxunub: 302     14:13     13 Avqust 2024    
Almaniya müdafiə xərclərini ÜDM-in 2 faizində saxlamaq istəyir, lakin büdcə məhdudiyyətləri bunu çətinləşdirir.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nağd pul sıxıntısı olan Almaniya hökuməti NATO-nun xərc hədəfinə çatmaq üçün ordunun istifadə etdiyi nəqliyyat infrastrukturunun maliyyələşdirilməsini müdafiə xərclərinə necə daxil edə biləcəyini araşdırır.

2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra Almaniya hökuməti NATO-nun ÜDM-in 2 faizi həcmində builki xərc hədəfinə çatmasına kömək etmək üçün alman ordusunun modernləşdirilməsi məqsədilə 100 milyard avro dəyərində xüsusi fond yaradıb.

Lakin 2025-ci ilin büdcə layihəsi bu səviyyəni saxlamaq üçün yetərli deyil. Müdafiə naziri Boris Pistoriusun tələb etdiyi 6,5 milyard avro artım əvəzinə büdcə layihəsində cüzi artımın 1,2 milyard avro olması təklif edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Hərbi-xərc  


Bizi "telegram"da izləyin