Ordu.az xəbər verir ki, bu barədə Braziliya lideri "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Vinyedudakı faciəli hadisənin 61 qurbanının xatirəsinə ölkədə 3 gün rəsmi matəm elan edirik", - paylaşımda deyilir.
Qeyd edək ki, matəm elan edilməsi haqqında fərmanın mətni də orada paylaşılıb.
Ötən gün Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 61 nəfər ölüb.
Ordu.az