İsrail “Hizbullah”ın hərbi obyektlərinə hücumlar edib

2024/08/1723262938.jpg
Oxunub: 282     04:30     10 Avqust 2024    
İsrailin Hərbi Hava Qüvvələri (HHQ) Livanda “Hizbullah”ın reaktiv yaylım atəşi sistemi və hərbi obyektlərinə hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Qırıcılar Livanın cənubundakı Hamaam bölgəsindəki obyektlərə zərbələr endiriblər”, - məlumatda bildirilir.

Bundan əlavə, İsrail HHQ Livanın cənubundakı Ayta əş-Şab, Mehabib, Markaba və Kfar Kila yaşayış məntəqələrindəki hədəflərə də hücum edib.

Həmçinin İsrail ərazisinə atılan mərmilərə cavab olaraq artilleriya Livanın Mays əl-Cəbəl bölgəsinə də zərbələr endirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin