Ordu.az xəbər verir ki, bu barədə TASS-a Milli Antiterror Komitəsinin informasiya mərkəzindən məlumat verilib.
“Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Kursk vilayəti ərazisində törətdiyi terror aktının nəticəsi olaraq mülki əhali arasında itkilər, yaşayış binalarının və digər mülki obyektlərdə dağıntılar baş vermişdir. Məhz buna görə də Terrorla Mübarizə Komitəsinin rəhbəri, Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov Belqorod, Bryansk və Kursk vilayətlərində antiterror əməliyyatları təşkil etmək qərarına gəlib”, - deyə məlumatda bildirilir.
Adıçəkilən vilayətlərdə antiterror əməliyyatı rejim tətbiq edilib və müvəqqəti məhdudiyyətlər qoyulub.
Ordu.az