Kanada Lukaşenkonun oğluna qarşı sanksiya tətbiq edib

2024/08/1723262796.jpg
Oxunub: 308     09:42     10 Avqust 2024    
Kanada Belarus prezidenti Aleksandr Lukaşenkonun oğlun Nikolay Lukaşenkoya qarşı sanksiya tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Sanksiya siyahısına kiçik Lukaşenkadan başqa yerli məhkəmələrin hakimləri, Belarus müdafiə nazirinin müavini Andrey Fedin və Belarus Dövlət Hərbi-Sənaye Komitəsi sədrinin birinci müavini Oleq Mişşenko da daxil edilib.

Belarusun 16 müəssisəsinə də sanksiya tətbiq edilib. Bundan əvvəl Böyük Britaniya Belarusun hərbi-sənaye kompleksinə və ölkənin bəzi cəzaçəkmə koloniyalarının rəhbərlərinə qarşı sanksiyalar tətbiq etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Belarus  


Bizi "telegram"da izləyin