Ordu.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin bu gün dərc etdiyi məlumatda deyilir.
“Bu, AUKUS üçün ciddi mərhələdir: üç ölkə muxtariyyət və süni intellektin futuristik inteqrasiyasını ilk dəfə sınaqdan keçirdi”, - bəyanatda deyilir.
Qeyd olunur ki, PUA-da quraşdırılmış süni intellekt operatora yerdəki hədəfləri müəyyən etməyə, sıradan çıxarmağa və məhv etməyə imkan verir.
Səlahiyyətlilərin bildirdiyinə görə, sınaqlar çərçivəsində hər üç ölkədən olan PUA-lar ortaq nəticə əldə etmək üçün vahid hava məkanında birlikdə fəaliyyət göstəriblər.
Sınaqlarda həmçinin Britaniya Elmi-Texniki Müdafiə Araşdırmaları Laboratoriyası, Avstraliya Müdafiə Elmi və Texnikası Təşkilatı, ABŞ Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyası və ABŞ Quru Qoşunlarının Tədqiqat Laboratoriyasının mütəxəssisləri iştirak ediblər.
Ordu.az