Muxtar Babayev Avstraliya səfiri ilə COP29-a hazırlığı müzakirə edib

2024/08/82f76-1723206063.jpg
Oxunub: 308     16:15     09 Avqust 2024    
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Avstraliya İttifaqının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls Robert Armiteyc ilə görüşüb.

Ordu.az xəbər verir ki, görüşdə bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Avstraliya  


Bizi "telegram"da izləyin