Aİ Fələstin hökumətinə məmurların maaşlarının ödənilməsi üçün 43 milyon avro ayırıb

2024/08/1723195243.jpg
Oxunub: 268     13:16     09 Avqust 2024    
Avropa İttifaqı (Aİ) Fələstin hökumətinə məmurların maaşlarının ödənilməsi üçün 43 milyon avro ayırıb.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Aİ avqustun 8-də Fələstin Administrasiyasına İordan çayının qərb sahilindəki məmurların maaşlarını və təqaüdlərini ödəməyə kömək etmək üçün 43 milyon avro yardım ayırıb.

"43 milyon avro Avropa İttifaqı tərəfindən Fələstin idarəçiliyinə ayrılmış qısamüddətli təcili maliyyə dəstəyinin birinci mərhələsidir", - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Fələstin  


Bizi "telegram"da izləyin