Cənubi Koreya yerli döyüş təyyarəsi mühərrikini 9 il ərzində hazır vəziyyətə gətirməyi hədəfləyir

2024/08/2024--1723194378.jpg
Oxunub: 372     15:25     10 Avqust 2024    
Cənubi Koreyanın müdafiə firması “Hanwha” on il ərzində KF-21 qırıcılarına və insansız sistemlərə güc verməyə hazır olacağını bildirdiyi prototip mühərrik dizaynını təqdim edib.

Ordu.az xəbər verir ki, “Farnborough Airshow”da nümayiş etdirilən prototip mühərrikin konseptual dizaynı yenicə tamamlanıb.

Əgər şirkət konsepsiyadan istehsala keçə bilsə, o, çətin texniki nailiyyət əldə etmiş olacaq. Bu nailiyyət qorxulu dərəcədə mürəkkəb, yerli istehsal olan hərbi reaktiv mühərriki inkişaf etdirməkdir.

“Hanwha” bu mühərriki “Boeing” istehsalı olan F/A-18 və Koreyanın yerli istehsal olan KIA KF-21 döyüş təyyarəsində istifadə edilən “General Electric F414” mühərriki ilə müqayisə edir.

Şirkətin hesablamalarına görə, məqsəd F414-ü KF-21-dən çıxarmaq və onu 9 il ərzində hazır ola biləcək bu yerli mühərriklə əvəz etməkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   KIA   KF-21  


Bizi "telegram"da izləyin