Ordu.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ və Avstraliya müdafiə rəsmiləri ilə müsahibələrə və incələdiyi sənədlərə istinadən bildirib.
Filippinə Avstraliyanın şərq sahilindəki paytaxtı Kanberradan daha yaxın olan Darvin şəhəri uzun müddətdir ki, hər ilin altı ayını orada keçirən Avstraliya Müdafiə Qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) qarnizon şəhəridir.
Bir neçə yüz kilometr cənubda yerləşən Avstraliya Hərbi Hava Qüvvələrinin (HHQ) “Tindal” bazasında Avstraliyanın hava gücünün əsas elementləri yerləşir və bu baza son təlimlərdə ABŞ reaktivləri üçün müvəqqəti baza olub.
Sevinc Əliyeva
Ordu.az