Rusiya MN Kursk istiqamətində döyüşlərin davam etdiyini bildirib

2024/08/1723193613.jpg
Oxunub: 340     12:49     09 Avqust 2024    
Rusiya Müdafiə Nazirliyi Kursk vilayətində Ukrayna ordusu ilə döyüşlərin davam etdiyini açıqlayıb.

Ordu.az-ın TASS-a istinadən xəbər verir ki, açıqlamada sutka ərzində “Şimal” qruplaşmasının Ukrayna qüvvələrinin ölkənin dərinliklərinə doğru irəliləməsinin qarşısını aldığı bildirilib.

Məlumatda deyilir ki, nəticədə Ukrayna tərəfinin itkiləri 280 nəfər canlı qüvvə və 27 ədəd hərbi texnika təşkil edib.

Ümumilikdə, Kursk istiqamətindəki döyüşlər zamanı Ukrayna ordusunun 945 hərbçisi öldürülüb, 102 zirehli texnikası zərərsizləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   MN   Kursk  


Bizi "telegram"da izləyin