TUSAŞ Baş direktoru: “Yerlilik əmsalları 70-80 faizə doğru gedir, bəzi platformalarda 100 faizə çatıb”

2024/08/2024--1723191931.jpg
Oxunub: 395     14:24     10 Avqust 2024    
Türkiyənin yerli və milli helikopteri “Gökbey” Böyük Britaniyada ilk uçuşunu edib.

Ordu.az xəbər verir ki, Türkiyə Aviasiya və Kosmos Sənayesinin (TUSAŞ) Baş direktoru Mehmet Demiroğlu CNN TÜRK-ə danışıb.

Demiroğlu Avropa və ABŞ-yə məhsul satmaq iqtidarında olduqlarını deyib.

“Biz Avropa və ABŞ-yə məhsul satmaq iqtidarındayıq. Yerlilik əmsalları 70-80 faizə doğru gedir. Bəzi platformalarda 100 faizə çatıb. İstədiyimiz hər şeyi edə bilərik”, - deyə o qeyd edib.

TUSAŞ Baş direktoru “Gökbey”in uçuşuna toxunaraq bildirib: “Biz bunu Türkiyədə göstərdik. İstəsək, birlikdə işlədiyimiz zaman hər şeyi edə bilərik və bunu etdik. “Hürjet”uçdu, onun ardınca “Gökbey” milli mühərriklə uçdu. Ardınca “Atak-2” uçdu. Daha sonra, ilin sonuna doğru “Anka-3” uçdu və “Kaan” ilk uçuşunu fevralın 21-də etdi. İnkişaf etmiş ölkələrdən də maraq var”.

Demiroğlu əlavə edib ki, “Atak” helikopterinin 20 mm-lik topu artıq tamamilə yerlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TUSAŞ   Gökbey  


Bizi "telegram"da izləyin