“Saab” Baş direktoru: “Avropa müdafiə sənayesinə maliyyə dəstəyini xeyli artırmalıdır”

2024/08/2024--1723191838.jpg
Oxunub: 352     15:13     13 Avqust 2024    
“Regionun sənaye strategiyasında proqnozlaşdırılan 1,5 milyard avro əvəzinə 100 milyard avro artım olmalıdır”.

Ordu.az xəbər verir ki, bunu İsveçin “Saab” şirkətinin Baş direktoru Mikael Yohansson “Financial Times”a verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, Avropa əməkdaşlığı inkişaf etdirmək və qitə şirkətlərinin rəqabət qabiliyyətini artırmaq istəyirsə, müdafiə sənayesinə maliyyə dəstəyini xeyli artırmalıdır.

Yohansson bildirib ki, Avropa müdafiə sənayesi strategiyası Avropa Komissiyasının proqnozlaşdırdığı 1,5 milyard avro əvəzinə təxminən 100 milyard avro ilə dəstəklənməlidir.

“Gələcək konsolidasiyanı müəyyən edəcək şey Aİ-nin əsas Avropa müdafiə sənayesi strategiyası ilə bağlı danışıqlarda müvəffəqiyyətli olub-olmayacağıdır. Əhəmiyyətli miqdarda pul varsa, bu, birgə müəssisələr kimi əməkdaşlığı təşviq edəcək. Bunu bir şəkildə təşviq etmək lazımdır”, - deyə “Saab” Baş direktoru qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin