Ordu.az xəbər verir ki, Yunanıstanın Salamis şəhərindəki “Salamis” Gəmiqayırma Zavodunda inşa edilən bloklar Yunanıstandan Fransanın Lorient şəhərindəki “Naval Group” Gəmiqayırma Zavoduna aparılıb və burada freqatın inşasında növbəti mərhələlərə keçəcəklər.
Fransız freqatı üçün bu hissələrin çatdırılması “Salamis” Gəmiqayırma Zavodu və Yunanıstanın gəmiqayırma müdafiə sənayesi üçün mühüm mərhələdir.
Tarixdə ilk dəfə olaraq Yunanıstan gəmiqayırma zavodu FDI proqramı vasitəsilə başqa ölkənin donanması üçün yüksək texnologiyalı döyüş gəmisinin inşasında iştirak edir.
Sevinc Əliyeva
Ordu.az