Hindistanın yerli “LCA Mk1A” döyüş təyyarələrinin çatdırılması yenidən təxirə salınıb

2024/08/2024--1723187739.jpg
Oxunub: 618     00:04     11 Avqust 2024    
Hindistanın yerli “LCA Mk1A” döyüş təyyarələrinin çatdırılması yenidən təxirə salınıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İlk təyyarənin noyabrın sonunda xidmətə daxil olacağı gözlənilir.

Döyüş təyyarələri ilk olaraq iyul ayında təhvil verilməli idi, lakin mühərrik istehsalçısı GE-nin tədarük zəncirindəki problemlər səbəbindən GE 404 mühərriklərini çatdıra bilməməsinə görə gecikmə yaşanıb.

Rəsmilər “Hindustan Aeronautics Limited”in bu maliyyə ilində ən azı 8 təyyarə təhvil verə biləcəyinə ümid etdiklərini bildiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   LCAMk1A  


Bizi "telegram"da izləyin