Ordu.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan yazıb.
“Demarkasiya, faktiki olaraq birtərəfli qaydada ərazilərin Azərbaycana verilməsi nəticəsində Noyemberyan icmasının Bağanis kəndində də ərazi itkilərimiz olacaq. Əvvəllər azərbaycanlıların məskunlaşdığı Bağanis-Ayrım kəndinin əraziləri Azərbaycana verildikdən sonra yeni yaradılmış sərhəddə tikanlı məftillər çəkilib, lakin o tikanlı məftil əsas deyil, yaxın gələcəkdə Günən kimi ora da əsas tikanlı məftil çəkiləcək, bundan sonra erməni sərhəd mövqelərinə gedən yolun açılması problemi yaranacaq. Bağanis kəndindən bildirdilər ki, yol icmanın anbar torpaqlarından Bağanis sakini Ararat Harutyunyana icarəyə verilən ərazi ilə açılacaq. Sovet dövründə həmin ərazidə Bağanıs sovxozuna məxsus quşçuluq ferması fəaliyyət göstərirdi”, - deyə Sarkisyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az