Erməni politoloq: “Qarabağın təhvil verilə biləcəyini, amma konstitusiyanın dəyişdirilə bilməyəcəyini düşünmək özünü aldatmaqdır”

2024/08/1723186910.jpg
Oxunub: 571     15:00     10 Avqust 2024    
“Qarabağı təhvil vermək olar, amma konstitusiyanı dəyişmək olmaz?”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Beniamin Matevosyan deyib.

Onun sözlərinə görə, Ermənistan konstitusiyasını referendum olmadan da dəyişmək olar.

“Bizdə bunun təcrübəsi var: referendum elan etdilər, sonra COVID ortaya çıxdı və müvəqqəti həll yolu kimi, belə demək mümkündürsə, parlamentdəki çoxluq sayəsində konstitusiya dəyişikliklərini həyata keçirməyə qərar verdilər. Qarabağı təhvil verdikdən sonra Ermənistan hakimiyyəti üçün “qırmızı xətt”in olduğunu və ya Qarabağın təhvil verilə biləcəyini, amma konstitusiyanın dəyişdirilə bilməyəcəyini düşünmək özünü aldatmaqdır”, - deyə Matevosyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin