Kolumbiya Prezidentinə sui-qəsdin qarşısı alınıb

2024/08/1723183836.jpg
Oxunub: 210     10:09     09 Avqust 2024    
Kolumbiya Prezidenti Qustavo Petroya sui-qəsd cəhdinin qarşısı alınıb.

Ordu.az-ın yerli “Caracol” radiostansiyasına istinadən xəbərinə görə, bu barədə ölkənin müdafiə naziri İvan Velaskes jurnalistlərə açıqlama verib.

O deyib ki, vaxtında əldə olunan kəşfiyyat məlumatı yoxlanıldıqdan sonra qabaqlayıcı tədbirlər görülüb.

Bununla bağlı informasiyadan sonra Venesuelanın dövlət başçısı Nikolas Maduro kolumbiyalı həmkarı ilə həmrəy olduğunu açıqlayıb. Onun adından bəyanat verən xarici işlər naziri İvan Hill deyib ki, bir sıra qüvvələr bununla regionda vəziyyəti gərginləşdirmək məqsədi güdür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolumbiya   Prezident   Sui-qəsd  


Bizi "telegram"da izləyin