İran ermənisi: “İran hazırda ölkənin hərbi-siyasi rəhbərliyinin elan etdiyi kimi, uyğun vaxt və məkanda cavab zərbəsi endirməyə hazırlaşır”

2024/08/1723183198.jpg
Oxunub: 568     16:28     10 Avqust 2024    
“Düşünürəm ki, İran prezidenti Məsud Pezeşkianın son bəyanatına regionda vəziyyətin və gedən proseslərin ümumi fonunda baxmaq lazımdır”.

Ordu.az xəbər verir ki, bunu Tehranın “Alik” qəzetinin baş redaktoru Aram Şahnazaryan deyib.

Onun sözlərinə görə, son bir ildə İsrail açıq şəkildə gərginlik səviyyəsini artırmağa çalışır.

“Məqsəd aydındır: İranı böyük regional müharibəyə cəlb etməyə cəhd edilir ki, bu da məntiqi olaraq ABŞ-nin, Qərbin və təbii olaraq regionun digər ölkələrinin həmin müharibədə birbaşa iştirakını nəzərdə tutur. Bu, İsrail üçün strateji məqsəddir. Tehran bunu çox gözəl anlayır və tələdən yayınmağa çalışır. Prezident Pezeşkian İranın İsraillə böyük, uzun və yorucu müharibəyə qarışmayacağını açıq şəkildə bildirdi. Eyni zamanda, o izah edib ki, bu, İranın qisas almaq hüququndan imtina etməsi demək deyil”, - deyə Şahnazaryan qeyd edib.

Şahnazaryan bildirib ki, İran hazırda ölkənin hərbi-siyasi rəhbərliyinin elan etdiyi kimi, uyğun vaxt və məkanda cavab zərbəsi endirməyə hazırlaşır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin