Erməni politoloq: “Ermənistan qərarsızdır, Azərbaycan isə qərar verib”

2024/08/1723183135.jpg
Oxunub: 489     20:58     09 Avqust 2024    
“Bütün problem ondadır ki, niyə indi Azərbaycan özlərinin əsas tələbi olmadan Naxçıvana doğru Ermənistanın nəzarəti olmadan Azərbaycanla yolun fəaliyyət göstərməsi üçün hansısa müqavilənin imzalanmasına razı oldu?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Ana Ermənistan” xalq hərəkatının təşəbbüs qrupunun üzvü, erməni politoloq Stepan Danielyan deyib.

Onun sözlərinə görə, indi Ermənistan sakinlərini nəyin dəyişdiyi əsas sualı maraqlandırmalıdır.

“Hesab edirəm ki, kommunikasiyaların açılması üçün əsas tələb Qərbin tələbi idi, Qərb Şimal-Cənub yolunu da pis qəbul edib, Türkiyə də bunu pis qəbul edib, çünki Azərbaycan vasitəsilə İrandan Rusiyaya gedən Şimal-Cənub yolu Türkiyənin də planlarına zərbə vurur”, - deyə Danielyan qeyd edib.

Danielyan bildirib ki, Ermənistan qərarsızdır, Azərbaycan isə qərar verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin