Ordu.az xəbər verir ki, proqram təminatının Böyük Britaniyada yerləşən, təhlükəsizlik rəsmiləşdirilməsinə malik işçilər tərəfindən yaradılması nəzərdə tutulsa da, onun dizaynı qismən Sibir və Belarusun paytaxtı Minskdəki tərtibatçılara həvalə edilib.
Ehtimal olunur ki, Rusiya və Belarus tərtibatçıları tərəfindən yaradılan kod Britaniya sualtı qayıqlarının yerini aşkar etmək üçün istifadə oluna bilər.
“The Telegraph” qeyd edir ki, Müdafiə Nazirliyi təhlükəsizlik pozuntusunu Böyük Britaniyanın müdafiəsi üçün ciddi təhlükə kimi qiymətləndirib və araşdırmaya başlayıb.
Sevinc Əliyeva
Ordu.az