Bu dəfə tam əksinə: Polşa Cənubi Koreyanın ondan silah almasını istədi

2024/08/2024--1723181197.jpg
Oxunub: 556     19:24     10 Avqust 2024    
Polşa Cənubi Koreyanın Polşaya böyük sayda K9 özüyeriyən haubitsaları, K2 tankları və Yaylım Atəşli Reaktiv Sistemlərinin (YARS) ixracatı üçün “offset” ticarət anlaşmasının bir hissəsi olaraq Polşadan silah satın alınmasını tələb edir.

Ordu.az xəbər verir ki, Polşa Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosiniyak-Kamış Cənubi Koreyanın satın alması üçün tövsiyə etdikləri Polşa silahlarının siyahısını açıqlayıb.

Siyahı aşağıdakı kimidir:

RAK özüyeriyən minaatanı,
“Borsuk” zirehli döyüş vasitəsi,
Passiv radar sistemləri,
“Baobab-K” mina döşəmə vasitəsi,
“FlyEye” Pilotsuz Uçuş Aparatı (PUA),
“Gladius” PUA-sı.

Polşa hökumətinin yüksək rütbəli məmuru ilk dəfə olaraq Cənubi Koreya ilə silahlar üçün bir “offset” ticarət anlaşmasının mümkünlüyünü rəsmi şəkildə qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin