Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesinin əhəmiyyətli aktorlarından olan MKE bu layihə ilə yerli və milli müdafiə texnologiyalarında yeni bir addım atıb.
“Yavuz” 155 mm çapında 52 kalibrlik haubitsa sistemi olaraq seçilir.
Tamamilə zirehli bir avtomobil üzərinə quraşdırılan sistem sahə ehtiyaclarına uyğun olaraq hazırlanıb.
Haubitsanın atışa hazırlanma müddəti 1 dəqiqədən çox çəkmir. Atışdan sonra mövqeyi dəyişmək maksimum 2 dəqiqə çəkir.
Sevinc Əliyeva
Ordu.az