Kişida Yaponiyadakı zəlzələ təhlükəsi səbəbindən Qazaxıstan və Özbəkistana səfərini təxirə salıb

2024/08/1723180327.jpg
Oxunub: 219     08:56     09 Avqust 2024    
Yaponiyanın Baş naziri Fumio Kişida Mərkəzi Asiya dövlət başçılarının Qazaxıstanda keçiriləcək görüşündə iştirak etməli olduğu Mərkəzi Asiya ölkələrinə turunu, Yaponiya adaları bölgədə güclü zəlzələ təhlükəsi ilə əlaqədar ləğv etmək qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiya hökumətinin başçısının özü jurnalistlərə məlumat verib.

“Mərkəzi Asiya ölkələrinə və Monqolustana səfərin ləğv edilməsi qərara alınıb”, – o qeyd edib və vurğulayıb ki, gələn həftə hökumətin bütün səyləri vəziyyətin monitorinqinə və Nankay fayında mümkün güclü zəlzələyə hazırlığa yönəldiləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kişida   Yaponiya  


Bizi "telegram"da izləyin