JPost: İran kəşfiyyatı sosial şəbəkələrdə israilliləri əməkdaşlığa cəlb edir

2024/08/1723180173.jpg
Oxunub: 275     08:11     09 Avqust 2024    
İran kəşfiyyatının agentləri İsrailin təhlükəsizliyinə xələl gətirə biləcək tapşırıqları yerinə yetirmək üçün sosial şəbəkələrdə İsrail vətəndaşlarını əməkdaşlığa cəlb edirlər.

Ordu.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti İsrailin Baş Təhlükəsizlik Xidmətinə istinadən məlumat verib.

Məlumata görə İsrail əks-kəşfiyyatı bir çox saxta hesab müəyyən edərək bu hesabları nəzarətə götürüb.

Bundan əlavə, “Telegram” qrup və kanallarında maraqlı və həyəcanlı iş təklif edən və onun həyata keçirilməsi üçün yüksək maaş vəd edən yazılar tapılıb. Nəşrin məlumatına görə, bu cür mesajlar alan israillilərin xeyli hissəsi cavab verməkdən çəkinib və bu barədə səlahiyyətli orqanlara məlumat verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Kəşfiyyat  


Bizi "telegram"da izləyin